Azərbaycanda süni intellekt tətbiq olunan sahələr
Valyuta.az “Mindsoft” MMC-nin təsisçisi, süni intellekt mütəxəssisi Vüsal Orucovun “Azərbaycanda süni intellekt tətbiq olunan sahələr” yazısını tətbiq edir
Süni intellektin bir çox sahələri var. Əsas sahələri olaraq görüntü işləmə, təbii dilin işlənməsi (Natural Language Processing - NLP), Robotexnika və s. deyə bilərik.
Görüntü işləmə (Computer Vision): Azərbaycanda hazırda bir çox sahələrdə istifadə edilir.
Məsələn:
- Bəzi alış-veriş sahələrində avtomobil nömrələrinin avtomatik oxunaraq parkinq müddətinin hesablanması.
- Bəzi karqo şirkətlərində bağlamaların üzərinin avtomatik oxunub sistemə ötürülməsi.
- Bir çox şirkətlərdə turniketlərdə giriş-çıxışın üz tanıma işlənməsi.
- Dron vasitəsi ilə bitkilərin gübrələnməsi.
Hazırda şirkətimiz istehsalatda keyfiyyət yoxlamasını həyata keçirən görüntü işləməsi ilə bağlı proqramın yazılışını tamamlayır, yekunlaşma işləri gedir. Proqram kameradan gələn görüntünü analiz edərək məhsulun keyfiyyətli və ya keyfiyyətində problem olduğunu müəyyən edir.
Təbii dil işləmələrində Chat Gpt, Gemini, və s. misal çəkmək olar. Bundan adətən kompüter qarşısında işləyən işçilər daha çox istifadə edirlər.
Məsələn, proqramçılara kodlarını daha sürətli və asan yazmaq üçün kömək edir. Dərslə, elmi işlə məşul olanlar, copywriterler və s. istifadə edə bilirlər. Bu yaxınlarda ChatGPT “Canvas”ı təqdim etdi, lakin hələlik pullu versiyalarda mümkündür. Əsasən, yazılan promt və ya daxil etdiyiniz hər hansı məqalənin üzərində işləməyiniz üçün interface təqdim edir. Məqalə əsasında başlıq seçə, seçilmiş hissəni dəyişə, suallar hazırlaya bilir. Mətnin istənilən hissəsini genişləndirə bilir. Proqramçılar üçün də yazılan kodlara kommentlər yaza bilir, kodu oxuyub yeni versiyalar yaza bilir, bir dildən digər dilə çevirə bilir. “Google” alternativ olaraq Notebook LM tətbiqini təqdim etmişdi. Bunların gələcəkdə bir çox dövlət qurumlarında istifadəsi gözlənilir. İstər bitkilərin xəstəliyinin əvvəlcədən proqnoz edilməsi.
Robotexnikadan danışsaq, özü gəzən və üzərində reklam tablosu olan robotlarımız mövcuddur.
Süni intellekt daha çox teori ve riyazi, proqramlaşdırma biliklərinə dayanır. Xaricdə vakansiyalarda bunu 2 hissəyə ayırırlar: AI developer və AI Researcher.
AI developerlər əsasən mövcud modellərlə və modelləri təkmilləşdirərək layihələr icra edirlər.
AI Researcher isə daha çox yeni modellər, yeni texnologiyaların araşdırılmasında, tətbiqində çalışanlardır.
Süni intellekt özlüyündə kompleks sahələri əks etdir. Proqramlaşdırma dili (python, Java), Statistika (Statistics), Data analitikası (Data Analytics), maşın öyrənməsi (Machine Learning), Dərin öyrənmə (deep learning) və s. Bir sözlə, öyrənilməsi və mütəxəssis olunması uzun vaxt ala bilir.
Düşünürəm ki, bunun universitetlərdə öyrənilməsi daha vacibdir. Artıq bir çox universitetlərimizdə tədris edilir. Bir çox kurslarda da tədrisi mövcuddur. Amma qısa kurslarla öyrənilməsi bir az çətin görünür.
Ölkəmizdə ildən-ilə maraq artsa da, ölkədə vakansiya sayı çox azdır. Düşünürəm ki, vakansiya sayı çoxalsa, Aİ-nin gücündən bizim şirkətlərdə istifadə etməyə başlasa, yazılan aplikasiyalarda istifadə edilsə, maraq daha da çoxalacaq. Düşünürəm ki, kadrlar iş imkanlarını üstələyir. Kadrların səlis iş qabiliyyətinin formalasması üçün real layihələr və təcrübə lazımdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay