“Telegram”da kriptovalyuta birjasının nümayəndəsi sizə yazırsa, diqqətli olun
“Telegram” vasitəsilə dələduzluq kriptovalyuta investorları arasında çox məşhurdur, buna görə də istifadəçiləri aldatmaq məqsədilə onun alətlərindən istifadə etməyə çalışan bir sıra dələduzlara rast gəlinir.
Valyuta.az xəbər verir ki, bir neçə geniş yayılmış sxem mövcuddur ki, onlara nəzər salmaqda fayda var.
1-ci sxem. Cinayətkar özünü kriptovalyuta birjasının nümayəndəsi kimi təqdim edir. Məsələn, onlar özlərini maliyyə məsləhətçisi kimi göstərə və saxta təşkilatçının dolandırıcı “Airdropu”nda iştirak edərək pul qazanmağa yardımla bağlı təklif irəli sürə bilərlər. Bəzi hallarda özünü rəqəmsal kriptovalyuta platformasının əməkdaşları kimi təqdim edən cinayətkarlar istifadəçiyə vergi rüsumunu ödəməli olduğunu bildirirlər və ödəniş üçün fişinq linkini təqdim edirlər.
2-ci sxem. Dələduzlar özlərini kriptovalyuta birjasının dəstək xidmətinin botu kimi qələmə verirlər və onlarla əlaqə saxlayarkən sosial mühəndislikdən istifadə yolu ilə istifadəçini aldadıb onun bütün məlumatlarını (qeydiyyat yazısı və bank hesabları üzrə) əldə edirlər.
3-cü sxem. Cinayətkarlar kriptovalyuta birjasının saxta qruplarını yaradaraq istifadəçilərin razılığı olmadan onları həmin qruplara əlavə edirlər. Daha sonra qrup iştirakçılarına saxta mayninq təklif edilir və fişinq linkindən istifadə edərək iştirak üçün ödəniş tələb olunur.
Bəs bu kimi dələduzluq hallarından necə qorunmalıyıq?
“İlk növbədə, «Telegram»da əlaqə məlumatlarını diqqətlə yoxlamaq lazımdır. Qeydiyyat yazısının müvafiq məlumatlarını onların profil səhifəsində tapmaq mümkündür. İstifadəçi adının sahəsinə xüsusilə diqqət yetirmək və “Tərcümeyi-hal” bölməsində verilən məlumatlara etibar etməmək lazımdır. Qeydiyyat yazısının adına xüsusilə diqqət yetirmək lazımdır: dələduzlar çox vaxt oxşar simvollardan istifadə edirlər, sətri hərfləri böyük hərflərlə və əksinə əvəz edirlər və s. bu kimi addımlar atırlar ki, bu da qeydiyyat yazısını əslinə çox bənzədir. Bundan əlavə, qeydiyyat yazılarının əslinin yoxlanılması üçün “Binance Verify” kimi xüsusi servislərdən istifadə etmək olar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay