Media: “Telegram” şəxsi söhbətləri idarə etməyə başlayacaq
Telegram messencerinin həmtəsisçisi Pavel Durov Fransada saxlanıldıqdan sonra təhlükəsizlik siyasətini dəyişib və şəxsi söhbətlərin moderatorluğuna başlamaq niyyətindədir.
Valyuta.az xəbər verir ki, bu barədə TechCrunch portalı məlumat yayıb.
Onun sözlərinə görə, Telegram cümə axşamı özünün “Tez-tez verilən suallar” (FAQ) səhifəsindən şəxsi çatların moderasiya sorğularından qorunduğuna dair məlumatları silib.
“Bütün Telegram proqramlarında qanunsuz məzmunu moderatorlarımıza bildirməyə imkan verən “Şikayət et” düyməsi var”, - messencerin rəhbərliyi yenilənmiş bölmədə bildirir. Bundan əlavə, “tez-tez verilən suallar” səhifəsində Telegram, moderatorlara link əlavə etməklə məzmunun silinməsi üçün sorğu göndərə biləcəyiniz e-poçt ünvanı təqdim edib. Eyni zamanda, portal qeyd edir ki, platforma moderasiya siyasətində dəyişiklikləri açıq elan etməyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay