“YouTube”da yeniyetmələr üçün valideyn nəzarəti funksiyası işə düşüb
“YouTube” videoxidməti yeniyetmə uşaqlar üçün valideyn nəzarəti funksiyasını təqdim edib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. Onun sayəsində valideynlər yeniyetmə uşaqlarının hesablarına qoşula biləcəklər. Şirkət qeyd edir ki, hesabların əlaqələndirilməsi faktı yeniyetmənin sosial şəbəkədə aldığı tövsiyələrə təsir etməyəcək.
Beləliklə, valideynlər yeniyetmənin abunə, yükləmə və şərh haqqında məlumatlarına çıxış əldə etmiş olacaqlar. Bununla yanaşı, valideynlər yeniyetmənin qeydiyyat zamanı göstərdiyi yaşı dəyişdirə bilməyəcəklər.
Qeyd edək ki, 2021-ci ildən başlayaraq “YouTube” razılıq yaşına çatmamış uşaqlar üçün valideyn nəzarəti funksiyasını işə salmışdı. Şirkət gələcəkdə digər yaş qrupları üçün onun funksionallığı genişləndirməyi vəd etmişdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay