Çox təhlükəli dələduzluq növü yayılıb - Hədəf yaşlı insanlardır
“Çox təhlükəli və dəhşətli dələduzluq növü yayılıb, yenidir - diqqətli olun. Artıq Azərbaycanda qurbanlar var və külli miqdarda vəsait talanıb”.
Valyuta.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas sosial şəbəkə hesabında paylaşıb. O, bildirib ki, valideynlərə zəng gəlir, dəstəyin o tərəfində də övladın səsinin süni intellekt ilə klonlanmış variantı qoyulur:
“Valideynə övladın öz səsilə qəza keçirdiyini, yaralı olduğunu və kimisə avtomobillə vurduğunu deyirlər. Burada səs klonlanır və evdə olan valideyn sanki övladı və ya nəvəsi ilə danışırmış kimi təəssürat yaranır. Valideyndən təcili formada pul istənilir. Evdə nə var nə yox hamısı xəstəxana xərcləri üçün tələb olunur.
Hətta, inandırıcı olsun deyə dəstəyi yanında olan saxta polis və ya prokror olan şəxsə ötürür. O da təsdiqləyir ki, qəza baş verib, vəziyyət ağırdır. Növbəti mərhələdə oğul, valideyninə özünün gələ bilmədiyini və pul üçün adam göndərəcəyini deyir. Valideyn təlaş içində pulu aşağı düşürür və ondan 1 nəfər pulu götürür”.
Texnobloger deyir ki, mənim ilkin araşdırmalarıma görə binanın önünə gələn şəxs belə başqa dələduzluğun qurbanıdır, sadəcə kuryer funksiyasını daşıyır:
“Film kimi ssenari qurulub. İndiki halda maksiumum diqqətli olun. Proses çox inandırıcıdır və hədəf yaşlı insanlardır. Bu cür dələduzluqla artıq neçə nəfərin pulu talanıb. 11 min avro pul itirən zərərçəkən var. Bu dələduzluğu edənlər ehtimal edirəm ki, Azərbaycanda deyil. Yenə də son açıqlama DİN-dən olacaq.
Hazırda DİN məsələni araşdırır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay