Hansı ölkələrdə hansı sosial şəbəkələr qadağandır? - ARAŞDIRMA
"Instagram" sosial şəbəkəsinə giriş bəzi ölkələrdə müxtəlif səbəblərdən əngəllənib.
Valyuta.az həmin ölkələri açıqlayıb:
Çin
İran
Şimali Koreya
Rusiya
Türkiyə
Çində bütün Qərb sosial media tətbiqləri qadağandır. Bunun səbəbini kibertəhlükəsizliklə əlaqələndirirlər. Eyni zamanda Çində yerli olaraq oxşar platformaların olduğu bildirilir.
İranda "Facebook", "Twitter", "YouTube", "Discord", "Weibo", "TikTok", "Twitch" və 5 milyondan çox sayt internet zərərlərinin qarşısını almaq və kibermüdafiəni dəstəkləm məqsədilə qadağan edilib.
Rusiyada "Twitter", "Facebook", "Instagram", "LinkedIn" və bir çox başqa saytlar bloklanıb. Onlar adıçəkilən sosial platformalara girişin əngəllənməsini Rusiya KİV-lərinə qarşı diskriminasiya ilə əlaqələndiriblər.
Şimali Koreyada internet dünyasına senzura səbəbindən dolayı bütün sosial media tətbiqləri qadağandır.
Türkiyədə isə "Instagram" sosial media platformasına giriş qadağan edilib. Buna səbəb tətbiqin Fələstin-İsrail münaqişəsi dövründə siyasi lider İsmayıl Haniyenin ölümü ilə bağlı paylaşılan başsağlığı mesajlarını silərək səhifələri bloklaması olub.
© Redaktor.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay