Çində süni intellekt sənayesinin həcmi 70 milyard dolları ötüb
Çində süni intellekt texnologiyaları sənayesinin ümumi həcmi 500 milyard yuanı (təxminən 70,4 milyard dollar) keçir.
Valyuta.az xəbər verir ki, bunu Şanxayda Ümumdünya Süni İntellekt Konfransının açılış mərasimində çıxış edən Çin Xalq Respublikası Dövlət Şurasının sədri Li Çian deyib.
Onun sözlərinə görə, süni intellektin istifadəsi istehsal, nəqliyyat, təhsil, tibb və digər sahələrdə genişlənir.
Bildirib ki, əlaqəli texnologiyaların bu qədər sürətli inkişafı qanunvericilik, etika və bir sıra məsələlərin, o cümlədən süni intellektin insan sivilizasiyası üçün ən böyük təhlükəyə çevrilə biləcəyi ilə bağlı narahatlıqların yaranmasına səbəb olub: “Çin süni intellektin təhlükəsiz idarə olunmasına böyük əhəmiyyət verir, tədricən güclü etika kodeksi və tənzimləmə sistemini tətbiq edir. Süni intellektin təsirini qiymətləndirir və Çinin süni intellektin qlobal idarə olunmasında praktiki təcrübəsini təmin edən çoxsəviyyəli idarəetməni həyata keçirir”.
Li Çian süni intellekti bəşəriyyətin ortaq irsi adlandırıb. “Biz süni intellektin inkişafı üçün ədalətli, açıq və ayrı-seçkiliyə yol verməyən mühit yaratmaq, inkişaf etməkdə olan ölkələrə öz imkanlarını gücləndirməyə kömək etmək və daha çox ölkəyə süni intellektin inkişafının nailiyyətlərindən şərik olmaq imkanı vermək üçün birlikdə çalışmalıyıq”, - deyə o əlavə edib.
©Azərtac
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay