Bu ilin beş ayında Azərbaycanda ümumilikdə 1 385 126 IMEI nömrə qeydiyyata alınıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda toplu idxal və fiziki şəxslər üzrə ümumilikdə 1 385 126 IMEI (mobil cihazın beynəlxalq idnetifikasiyası) nömrə qeydiyyata alınıb.
Valyuta.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-dən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur.
Qeyd edək ki, 2013-2023-cü illərdə ölkədə 25 milyondan çox IMEI nömrə qeydiyyatdan keçirilib. Bu ilin may ayınadək 19 155 IMEI kod “klon” statusu verilərək bloklanıb. Həmin IMEI kodlar bloklanmamışdan öncəki 3 ayda 1 449 271 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bloklanmış IMEI kodlarla sözügedən tarixə qədər 1 005 737 dəfə şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) imtina cavabı verib.
Məlumat üçün deyək ki, vətəndaşlar mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusunu yoxlamaq üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra Vahid Elektron Xidmətlər Portalında (rinn.portal.az) “IMEI yoxlama” xidmətindən ödənişsiz istifadə edə bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay