İKT
02.06.2024 / 12:59
"YouTube"da ən populyar bloger məlum oldu
49309
İyunun 2-də MrBeast kimi tanınan Cimmi Donaldsonun "YouTube" kanalında abunəçilərin sayı 267 milyon nəfərə çatıb.
26 yaşlı blogerin kanalı Hindistanın musiqi brendi olan "T-Series"i geridə qoyub.
İndi MrBeast "YouTube" tarixində ən populyar kanal hesab olunur. Heç bir bloger və ya brend bu qədər yüksək göstəriciyə nail ola bilməyib.
Son dərəcə çox abunəçi sayı ilə yanaşı, Donaldsonun videoları on və yüz milyonlarla baxış toplayır.
Qeyd edək ki, kanal 2012-ci ilin fevralında yaradılıb.
©Oxu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay