BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
49213

Mobil şəhər konsepsiyası deyərkən piyadaların, ictimai nəqliyyatdan istifadə edənlərin rahatlığı düşünülürsə, burada ictimai internet xidmətinin tətbiqini gözardı etmək olmaz. Dünyada mobillik prinsipinin əsas götürüldüyü bir çox şəhərlərdə küçə və parklarda, ictimai nəqliyyatda insanların pulsuz istifadə etməsi üçün “Wi-Fi” şəbəkəsi quraşdırılıb, ictimai internet xidməti yaradılıb. Bakının da piyada yönümlü şəhərə çevrilməsi ölkə rəhbərliyinin xüsusi vurğu ilə müvafiq instansiyalara verdiyi tapşırıqlar sırasındadır.

Bəs, Bakıda ictimai internet şəbəkəsi ilə bağlı vəziyyət necədir?

Valyuta.az xəbər verir ki, “APA-Economics” mövzu ilə bağlı araşdırma aparıb. Məlum olub ki, son on ildə paytaxtda pulsuz internet zonalarının yaradılması təşəbbüsləri olsa da, ümumi mənzərə qənaətbəxş deyil.

Belə ki, 2017-ci ildən “Bakı Telefon Rabitəsi” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakının mərkəzi parklarını “İctimai İnternet” şəbəkəsi ilə təmin edən layihəyə start verdi. Bu məqsədlə parklarda Çinin “Huawei” və “ZTE” şirkətlərinin zəruri avadanlıqları (Access Point) quraşdırıldı. 2015-ci ildən “Bakubus” MMC-nin, 2018-ci ildən isə “Xalid Faiqoğlu” MMC-nin istismara verdiyi avtobuslarda pulsuz internet xidməti sərnişinlərin istifadəsinə verildi. 2015-ci ildə Bakı-Sumqayıt dəmiryolu xətti üzrə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” istifadəyə verildi. Lakin bu gün Bakıda avtobuslarda və Abşeron dairəvi dəmiryolu xətti üzrə, eləcə də regionlara hərəkət edən qatarlarda pulsuz internetdən istifadə tamamilə dayandırılıb. Metroda bu xidmət qurulmayıb. Parklarda isə vəziyyət bir qədər fərqlidir.

Pulsuz “Wi-Fi” üçün qeydiyyatdan keçmək lazımdır

“Bakı Telefon Rabitəsi” MMC-dən “APA-Economics”ə bildirilib ki, Bakıda bir neçə yerdə ictimai internet xidməti vətəndaşların istifadəsindədir:

“Bakıda “İctimai Wi-Fi” xidmətinin təqdim edildiyi ərazilər istifadə intensivliyi və tələbat səviyyəsinə müvafiq olaraq müəyyən edilir. “Bakı Telefon Rabitəsi” MMC hazırda Dənizkənarı Milli Park (Köhnə Bulvar, Ağ Şəhər Bulvarı əraziləri), Dövlət Bayrağı Meydanı (Su İdmanı Sarayına qədər) və Heydər Əliyev Mərkəzinin parkında “İctimai Wi-Fi” xidməti göstərir və müştəri təcrübələrinin yaxşılaşdırılması üçün mütəmadi tədbirlər həyata keçirir. Xidmətdən istifadə üçün şəbəkəyə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat mobil nömrə ilə mümkündür. Bir cihaz vasitəsilə yalnız bir istifadəçi ödənişsiz internet xidmətindən yararlana bilər. “İctimai Wi-Fi” layihəsi çərçivəsində vətəndaşlara təqdim oluna biləcək maksimal sürət 5 Mbit/s-dir. Telefonun xüsusiyyəti, tənzimləmə sistemi, ötürülən dalğanın zəif olduğu nöqtədən qoşulmağa cəhd, ərazidə yerləşən elektrik xətlərində aparılan təmir işləri və digər səbəblərdən internetə qoşularkən çətinlik yarana bilər”.

Avtobuslarda niyə internet yoxdur?

“Bakubus” MMC-dən verilən açıqlamada avtobuslarda pulsuz internetin olmaması belə izah edilib:

“”BakuBus” üçün sərnişin məmnuniyyəti ən önəmli məsələdir və bu istiqamətdə davamlı addımlar atılır. Avtobuslarda internetə qoşulma imkanları da sərnişinlər üçün əlavə xidmətdir. Lakin bu imkanın yaradılması müəyyən maliyyə yükü daşıyır və buna görə də iqtisadi cəhətdən əsaslandırılmalı, bu yükün mənbələri tapılmalıdır. Eyni zamanda texniki məsələlərin həllinin optimal yolu seçilməlidir. Hazırda hər iki istiqamətdə müzakirələr aparılır. Nəticələrə uyğun müvafiq addımlar atılacaq”.

“Təchizatçılar gəlir götürə bilmir”

“Xalid Faiqoğlu” MMC-nin də açıqlamasında avtobuslarda pulsuz internetin olmaması iqtisadi səbəblərlə əlaqələndirilib:

“Avtobuslarda “Wi Fi” xidməti adətən təchizatçı şirkətlərin ideyası və təşəbbüsü əsasında həyata keçirilir. Lakin bəzi hallarda həmin şirkətlər planlaşdırdıqları reklam gəlirini əldə etmədikdə və ya öhdəlik götürdükləri qədər interneti təmin edə bilmədiyindən təsssüf ki, bu kimi layihələr sonradan yarımçıq qalır. Hazırda hər hansı marşrut xətti üzrə internet xidməti aktiv deyil”.

Dəmiryolu stansiyalarında pulsuz “Wi Fi” olacaq

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) “APA-Economics”ə verilən açıqlamada isə dəmiryolu stansiyalarında ödənişsiz “Wi Fi” zonasının yaradılması istiqamətində hazırlıqlar görüldüyü deyilib:

“Ölkədaxili marşrutlar üzrə qatarlarda “Wi Fi” şəbəkəsinin keyfiyyətli qurulmasını təmin etmək baxımından ADY ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb. Razılaşmaya əsasən mobil operatorlar ölkədaxili marşrutlar üzrə mobil rabitənin keyfiyyətini və davamlı təminatını yoxlamaq məqsədilə Bakı-Ağstafa və Bakı-Qəbələ marşrutları üzrə monitorinqlər həyata keçiriblər. Monitorinqin nəticələrinə əsasən, sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tədbirlər planı həyata keçirəcək. Bundan sonra ADY qatarlarda “Wi Fi” xidmətinin əlçatan olması istiqamətində müvafiq addımları atacaq. Bununla yanaşı hazırda Bakı, Sumqayıt, Gəncə, Qəbələ və Ağstafa stansiyalarında ödənişsiz “Wi Fi” zonalarının yaradılması istiqamətində hazırlıq işlərinə başlanılıb. Abşeron dairəvi, Bakı-Ağstafa və Bakı-Qəbələ marşrutları üzrə yerləşən və daha çox sərnişin qəbul edən digər stansiyalarda da ödənişsiz “Wi Fi” zonalarının yaradılması mərhələli şəkildə həyata keçiriləcək”.

Bakı metrosunda necə, pulsuz internet ola bilərmi?

Metronun da ictimai nəqliyyat şəbəkəsinin tərkib hissəsi olduğunu nəzərə alaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri Bəxtiyar Məmmədov Bakı metrosunda pulsuz internet şəbəkəsinin yaradılması məsələsinin periodik olaraq təhlil edildiyini bildirib:

“Hazırda Bakı metrosunda sərnişinlərin internetə çıxışını ölkəmizdə fəaliyyət göstərən mobil operatorlar təşkil edir. Ən yüksək mövcud standartlar səviyyəsində həm stansiyalar, həm də tunellərdə hərəkət edən qatarlarda bu rabitə təmin edilir və dövrü olaraq onların keyfiyyətinin yüksəldilməsi ilə bağlı həmin mobil rabitə operatorları müvafiq tədbirlər görür. “Wi Fi”nin “Bakı Metropoliteni”ndə ayrıca olaraq quraşdırılmasına gəlincə, bu, daimi diqqət mərkəzində saxlanılan, dövrü olaraq araşdırılan məsələdir. Bu sistemin quraşdırılması üçün ilkin növbədə xüsusi tələbat və ya zərurətin olması lazımdır. Hazırda bu istiqamətdə də müəyyən işlər aparılır. Yəni, monitorinq qaydasında tələbatın ödənilməsi yaxud xüsusi zərurətin olması məsələsinə baxılır”.

Vacib məsələ sərnişinlərin təhlükəsizliyidir

B.Məmmədov qeyd edib ki, məsələ ilə bağlı sərnişin məmnunluğu, xidmət keyfiyyəti məsələləri də xüsusi araşdırmalarla təhlil edilir:

“Bununla bağlı hansısa tələbat, zərurət və ya sərnişin məmnunluğuna müsbət təsir baxımından ehtiyac olarsa, “Wi Fi” sisteminin quraşdırılması məsələsinə də baxılacaq. Lakin bu məsələnin tətbiqində əsas qarşıya qoyulan hədəf təhlükəsizliyin təmin olunması, sərnişinlərin təhlükəsizliyi, xüsusən hərəkət axını və istiqamətlərinə mane olmamaqdır. Bir sözlə, bu istiqamətdə sərnişindaşımanın ən vacib parametrlərinə mane olunmaması xüsusi diqqət mərkəzində saxlanılacaq”.

Gəldiyimiz yekun nəticə budur ki, Bakıda 2 park və 1 meydan ərazisində pulsuz internet şəbəkəsi var, lakin ondan istifadə üçün müəyyən qeydiyyat prosedurlarından keçilməlidir. Avtobuslarda hələlik iqtisadi rentabellik olmadığından sərnişinlər pulsuz internetlə təmin edilmir. Metroda pulsuz internetin quraşdırılması barədə konkret nəticə yoxdur. Dəmiryolu qatarlarında isə yaxın gələcəkdə pulsuz internet olacaq, hətta bir sıra stansiyalarda ödənişsiz “Wi Fi” zonaları yaradılacaq.

Qeyd edək ki, Azərbaycanda ictimai nəqliyyatda pulsuz internet xidmətinin olması qanunla vacib deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin