İKT
22.05.2024 / 13:20
Bu tarixdən telefonların qiyməti bahalaşacaq
48593
Android smartfon istehsalçıları öz məhsullarının qiymətlərini qaldıracaqlar.
Valyuta.az xəbər verir ki, bu barədə "Digital Trends" məlumat yayıb.
2024-cü ilin sonuna qədər bir çox yeni smartfonlar indiki modellərdən baha olacaq. Mütəxəssislər bunu flaqman modellərində istifadə olunacaq "Qualcomm Snapdragon 8 Gen 4" prosessoru ilə əlaqələndirib.
Yeni çipin istehsalı əvvəlkindən nəzərəçarpacaq dərəcədə baha olacaq. Bu, güman ki, onun üç nanometrlik texnologiyadan istifadə edilməklə yaradılacağı ilə bağlıdır. Cihazların gücü artacaq, lakin telefonlar bahalaşacaq. Qeyd edək ki, hazırda "iPhone 15" üç nanometrlik prosessorlarla təchiz edilib.
© Sfera
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay