Süni intellekti hərbi sahəyə də daxil edən ölkə
Yaponiya Müdafiə Nazirliyi hərbi süni intellektin (Sİ) inkişafı üçün tədqiqat mərkəzinin yaradılmasını anons edib.
Valyuta.az Report-a istinadən xəbər verir ki, bu barədə “Nikkei Asia” məlumat yayıb.
Nəşr qeyd edib ki, yeni müəssisə ABŞ-nin Müdafiə üzrə Qabaqcıl Araşdırma Layihələri Agentliyinin modeli əsasında yaradılır. Mərkəz özəl texnologiya şirkətlərinə sərmayə qoymağı öz üzərinə götürəcək. Bu cür tədqiqat layihələrinin uğurunu qiymətləndirmək üç il çəkəcək. Şirkət uğursuzluq halında toplanmış vəsaiti qaytarmamaq hüququnu özündə saxlayır.
Müdafiə Nazirliyi avtonom nəqliyyat vasitələri yaratmaq üçün süni intellektə əsaslanan texnologiya hazırlamağı planlaşdırır. Bundan əlavə, qurum subatom hissəciklər və elektromaqnit dalğalarından istifadə etməklə sualtı qayıqların aşkarlanmasının yeni üsullarını hazırlamağı planlaşdırır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay