“Apple” şirkətini məcburiyyət qarşısında qoyan reklam çarxı - VİDEO
“Apple” şirkəti bu həftə yeni ultra nazik “iPad Pro” ilə birlikdə “Crush” reklamını təqdim edib. Ancaq video çıxdığı iki gündə çoxlu tənqidə məruz qalıb.
“Apple” buna cavab olaraq videonun yersiz olduğunu etiraf edib və üzrxahlıq edib.
“Crush” reklamında musiqi alətləri, boya, kamera obyektivləri, kitablar, film personajları, heykəllər və s. təzyiqlə əzilməsi əks olunub. İdeya ondan ibarətdir ki, bütün belə yaradıcı işlər “iPad”lə edilə bilər.
Ancaq konsepsiyanın neqativ konteksti hər kəsin ürəyincə olmayıb.
“Yaradıcılıq “Apple”ın DNT-sindədir və bütün dünyada yaradıcı insanlara güc verən məhsullar yaratmaq bizim üçün olduqca vacibdir. Məqsədimiz həmişə istifadəçilərin “iPad”dən istifadə edərək fikirlərini ifadə etmək və ideyalarını həyata keçirmə üsullarını qeyd etməkdir. Bu video əsl hədəfdən yan keçdi və çox üzr istəyirik”, - deyə “Apple”ın marketinq kommunikasiyaları üzrə vitse-prezidenti Tor Miren üzrxahlıq edib.
“Crush” reklamı “Apple”ın baş direktoru Tim Kukun “X” hesabında və “Apple”ın “YouTube” kanalında yerləşdirilib. Hazırda “Apple” reklamı televiziyada yayımlamaq planlarının ləğv edildiyini bildirir, ancaq video hələ də hər iki platformada mövcuddur.
© Oxu.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay