2024-cü ildə qlobal İT xərcləri 5 trilyon dolları keçəcək
2024-cü ildə informasiya texnologiyalarına dünya üzrə qlobal xərclər 5,06 trilyon dolları keçəcək.
Valyuta.az xəbər verir ki, bu barədə ABŞ-nin ”Gartner” tədqiqat şirkəti məlumat yayıb.
Məlumata görə, ötən il qlobal İT xərcləri 3,8% artaraq təxminən 4,7 trilyon dollar təşkil edib. Ekspertlərin fikrincə, bu il belə xərclər 8% artaraq 5,06 trilyon dollara çatacaq. Ən böyük məbləğin 1,6 trilyon dollarla rabitə xidmətlərinə xərclənəcəyi gözlənilir.
"İkinci yerdə xərcləri 1,5 trilyon dollar təşkil edəcək İT xidmətləridir. Üçüncü yerdə 1 trilyon dollardan çox xərclə proqram təminatıdır. İnformasiya texnologiyaları cihazlarına qlobal xərclər 688 milyard dollara qədər artacaq. Məlumat mərkəzlərinə xərclənən məbələğ 260 milyard dollar təşkil edəcək", - məlumatda deyilir.
© Yeniavaz.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay