“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur
2021-ci ildə idarə heyətindən istefa verən “Microsoft”un keçmiş sədri Bill Qeyts, rəsmi rolu olmasa da, şirkətin strateji təşəbbüslərinə, xüsusən də süni intellekt sahəsində əhəmiyyətli təsir göstərməyə davam edir.
Jurnalistlərin fikrincə, Qeyts şirkətin korporativ həyatında fəal rol oynayır, strateji məsələlər üzrə məsləhətlər verir, məhsulun təhlilində, eləcə də əsas menecerlərin işə götürülməsi prosesində və “OpenAI”nin baş direktoru Sem Altmanla mühüm tərəfdaşlıq əlaqələrinin qorunmasında iştirak edir.
Keçən il “Microsoft” süni intellekt texnologiyasının özünün “Bing” axtarış sistemində tətbiq etdiyini elan etdi və sonra onun adı dəyişdirilərək “Copilot” oldu. Mənbələrə görə, Bill Qeyts bu işin hazırlanmasında və həyata keçirilməsində əsas rol oynayıb.
“Microsoft”un hazırkı rəhbəri Satya Nadella və şirkətin yüksək menecmenti Bill Qeytsin fikrini yüksək qiymətləndirir və korporasiyada əsaslı dəyişikliklər edərkən bunu nəzərə alır. “OpenAI” ilə tərəfdaşlığın başlanğıcından bəri Bill Qeyts mütəmadi olaraq Sem Altmandan əsas nailiyyətlər və problemlər haqqında təqdimatlar alır.
Oxu.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay