Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər
Süni zəka texnologiyalarının geniş miqyasda inteqrasiyası çoxlu sayda peşəni yox olma təhlükəsi altında qoyub. Bu cür təhlükə altına düşənlərdən biri də çağrı mərkəzi (call-center) işçiləridir. Artıq indidən bəzi şirkətlər telefon üzərindən həyata keçirilən dəstək xidmətinin işçilərini generativ süni zəka ilə əvəzləməyə başlayıblar. Məlumata əsasən 1 ildən sonra ola bilsin ki, bu sahədə yalnız süni zəka əsaslı çat-botlar istifadə edilsin. Gartner şirkətinin məlumatlarına əsasən 2022-ci ildə müştərilərin dəstək mərkəzləri sahəsində 17 milyon insan çalışıb. Çağrı mərkəzi işçilərinə istiqamətlənmiş bu narahatedici proqnozu Financial Times qəzeti ilə Tata Consultancy Services şirkətinin rəhbəri K. Krithivasan bölüşüb.
Qeyd etmək lazımdır ki, Tata Consultancy Services şirkəti bazar dəyərinə görə Hindistanın ikinci ən böyük şirkətidir və onun işçi sayı bütün dünya üzrə 616 000 nəfərdən çoxdur. Krithivasan bildirib ki, süni zəka çağrı mərkəzlərinə tələbatı minimuma endirəcək. O əlavə edib ki, onun şirkəti bu mövzu ilə əlaqəli işçi ixtisarlarını hələ müşahidə etməyib. Lakin onun sözlərinə əsasən transmilli müştərilər generativ süni zəka sistemlərini inteqrasiya etməyə başladıqları zaman vəziyyət kökündən dəyişəcək və bu öz növbəsində sözügedən sahəyə təsir göstərəcək. Krithivasan-ın fikrincə süni zəka texnologiyası daxil ola biləcək zəngi öncədən proqnozlaşdırmaq imkanına sahib olmalı və daha sonra problemi aktiv şəkildə həll etməlidir.
Çat-botların telefon üzərindən müştərilərin bütün sorğularını yerinə yetirə biləcəkləri perspektivi uzaq perspektiv kimi görünsə də Krithivasan güman edir ki, 1 ildən sonra onlar çağrı mərkəzlərində insanları əvəz edə bilərlər. Keçən il Hindistanın Duukan adlı şirkətinin CEO-su şirkətin dəstək xidməti komandasının 90%-ni işdən azad etmişdi. O bildirmişdi ki, bu addım müştərinin sorğusuna ilk cavabın təqdim olunma müddətini və müştərilərin dəstək xərclərini 85% azaltmağa yardımçı olub. Krithivasan öz növbəsində bildirib ki, generativ süni zəkanın imkanları şişirdilib və insanlar onun üstünlüklərini həddindən artıq qiymətləndirirlər. Onun fikrincə bu texnologiya iş yerlərinin kütləvi itirilməsinə səbəb olmayacaq. Belə ki, texnoloji istedad nöqteyi nəzərdən daha çox işçiyə tələbat olacaq.
© technote.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay