Süni zəkanın insanlara qarşı çıxması ehtimalı nə qədərdir?
Baş tutmuş Great AI Debate adlı seminar çərçivəsində çıxış etmiş Elon Musk müasir süni zəka alqoritmlərinin inkişafları ilə bağlı fikirlərini səsləndirib. Bununla yanaşı Musk süni zəkanın insanları məhv etmək ehtimalı mövzusunda təqribi faiz göstəricisini səsləndirib. Onun sözlərinə əsasən bugünki gündə süni zəkanın insanlara qarşı çıxması ehtimalı 10-20% təşkil edir. Onun fikrincə bu cür risk məntiqlidir. Musk düşünür ki, təhlükəsizlik mövzusunda süni zəkanı elə şəkildə inkişaf etdirmək lazımdır ki, o sadəcə doğru məlumatları təqdim etsin.
Qeyd etmək lazımdır ki, daha öncə tədqiqatçılar bildirmişdilər ki, süni zəka insanlara yalan danışmağı öyrəndiyi halda artıq mövcud təhlükəsizlik tədbirləri vasitəsilə onu dəyişmək mümkün olmayacaq. The New York Times öz növbəsində bu bəyanatı “yeni qorxuducu statistika” hesab edir. Süni zəka təhlükəsizliyi sahəsində fəaliyyət göstərən və Luisvill Universitetinin kibertəhlükəsizlik laboratoriyasının direktoru olan Roman Yampolskiy bildirib ki, Musk süni zəka təhlükəsi ilə bağlı fikirlərində haqlıdır. Onun fikrincə süni zəkanın insanlara qarşı çıxması ehtimalı Musk-ın düşündüyündən qat-qat yüksəkdir.
© technote.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay