"Google" beş milyard dollar cərimələndi
ABŞ-da fəaliyyət göstərən onlayn məlumat toplama şirkəti "Google"un "anonim" rejimdə aparılan axtarışların qeydlərini saxladığı səbəbilə beş milyard dollardan çox təzminat ödəməyə və şəxsi axtarış məlumatlarını silməyə razı olduğu bildirilir.
Valyuta.az xəbər verir ki, Kaliforniya məhkəməsindəki sənədlərə görə, "Google" onlayn axtarışda anonim seçimdən istifadəyə baxmayaraq məlumatları icazəsiz istifadə edilən 50 iddiaçının təmsilçisi olan üç hüquq firması ilə razılığa gəlib. Müqaviləyə əsasən, "Google" icazəsiz məlumatların qeydlərinin aparılmasına görə beş milyard dollardan çox təzminat ödəməyə razılaşıb.
Təxminən dörd il əvvəl açılan iddiada "Google", anonim axtarış seçimindən istifadə edərək hər kəsin fəaliyyətini necə izlədiyi barədə istifadəçiləri çaşdırmaqda ittiham olunurdu.
ABŞ Ədliyyə Departamenti şirkətə qarşı monopoliya siyasəti həyata keçirdiyini iddia edərək biri 2020, digəri isə 2023-cü ildə olmaqla iki ayrı "antiinhisar" iddiası qaldırıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay