İKT
30.03.2024 / 19:20
Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib
45170
Yanvar-fevral aylarında Çinin böyük internet şirkətlərinin və əlaqəli xidmətlər göstərən şirkətlərin ümumi gəliri illik müqayisədə 7,6 faiz artaraq 246,3 milyard yuan (təxminən 34,71 milyard dollar) təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.
Ümumi mənfəət illik müqayisədə 6,5 faiz artaraq 16,97 milyard yuan (təxminən 2,4 milyard dollar) təşkil edib.
Çində internet istifadəçilərinin sayı 2023-cü ilin sonuna qədər 1,09 milyardı ötüb. Əhalinin qlobal şəbəkəyə çıxış səviyyəsi 77,5 faiz təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay