BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
44532

Azərbaycan İtaliyanın Milan şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə elmi məqalələrin təqdim edilməsi üzrə rekord nəticə qazanıb.

Valyuta.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") istinadən xəbər verir.

Belə ki, ötənilki Konqresin ev sahibi Azərbaycandan Milan Konqresinə 345 elmi məqalə təqdim olunub. Bu nəticə ilə Azərbaycan elmi məqalələrin sayına görə dünyada beş ölkədən biridir. Top beşlikdə olan digər ölkələr – İtaliya 985, Amerika Birləşmiş Ştatları 782, Çin 539, Hindistan isə 476 elmi məqalə təqdim edib.

Xatırladaq ki, ötən il Bakı Konqresində də Azərbaycan 214 elmi məqalə ilə ilk beş ölkə sırasında yer alıb. Ölkəmizin bu il yüksək göstəriciyə nail olmasında ötən il Bakıda keçirilən Konqresin xüsusi rolu olub. Diqqətçəkən məqamlardan biri də ötənilki Bakı Konqresindən sonra Milan Konqresinə qoşulan inkişaf etməkdə olan ölkələrin və yeni kosmik oyunçuların sayının artmasıdır. Bakı Konqresinin yaratdığı yüksəksəviyyəli tədbir standartı sayəsində builki Astronavtika Konqresinə dünyada maraq artıb və nəticədə 106 ölkədən ümumilikdə 7000-dən çox elmi məqalə təqdim edilib.

Milan Konqresinə Azərbaycandan təqdim olunan elmi məqalələrin 90%-ni gənclər hazırlayıb. Bu da ölkə gənclərinin və alimlərinin elmin, yeni texnologiyaların, innovasiyanın və kosmik sənayenin inkişafında təkanverici amil olan yüksək intellektual potensialının nəticəsidir. Belə ki, ölkəmizdə elm və təhsilin sürətli inkişaf tempi sayəsində məhz Azərbaycan gənci elm və texnoloji tərəqqidən geri qalmır, qlobal səviyyədə təmsil olunur. Azərkosmosun ölkədə kosmik ekosistemin inkişafı üçün apardığı davamlı maarifləndirmə işlərinin uğur indeksidir ki, gənclər kosmik sahədə dünyamiqyaslı və rəqabət apara biləcək elmi məqalələrini beynəlxalq auditoriyaya təqdim edir.

Dünyada hazırda kosmik sahə elmi əsaslı, innovativ texnoloji istehsal üzərində inkişaf edir. Azərbaycanın bu sahədə öz elmi-tədqiqat potensialını artırması ölkəmizin gələcək texnoloji profilinin inkişafına müsbət təsirini göstərəcək.

“Dayanıqlılıq naminə kosmik məsuliyyət” (Responsible Space for Sustainability) çağırışı ilə keçirilən Milan Konqresinə təqdim olunan elmi məqalələr iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, nəqliyyat, enerji, maliyyə, şəhərsalma, rabitə, ətraf mühitin monitorinqi və təhlükəsizlik sahələrində kosmosun imkanlarından istifadə, rəqəmsal, yaşıl və davamlı gələcəyin inkişafı üçün kosmik həllər mövzularında olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin