“Instagram”-da 6 yeni funksiya
“Meta” “Instagram”da mesajlaşma bölməsi üçün altı yeni funksiya əlavə edib.
Valyuta.az xarici mediaya istinadən həmin funksiyaları təqdim edir.
Yeni funksiyalardan biri mesajların redaktə edilməsidir.
Bu funksiyaya əsasən, istifadəçilər mesajı göndərdikdən sonra 15 dəqiqə ərzində redaktə edə biləcəklər. Artıq mesajda yazı səhvini düzəltmək və ya mesajın daha yaxşı görünməsi üçün redaktə etmək mümkündür.
Başqa bir xüsusiyyət də söhbəti sancaqlamaqdır.
Yeni funksiyaya sayəsində istifadəçilər istədikləri mesajı mesaj qutusunun yuxarı hissəsinə yapışdıra biləcəklər.
“Oxundu” bildirişlərinin söndürmək olacaq.
İnstaqramda kiməsə mesaj göndərdiyiniz zaman o mesajı oxuduqda proqram sizə mesajın altında digər şəxsin mesajı oxuduğunu və əksinə qeyd göstərəcək. Bu çox faydalı xüsusiyyət olsa da, bəzi insanlar başqalarının mesajları oxuduqlarını bilməsini istəmirlər. Bu insanlar üçün “Meta” indi “oxundu” bildirişlərini söndürmək imkanı əlavə edib.
“Instagram” artıq söhbətin mövzusunu dəyişməyə icazə verir.
“Meta” indi platformaya Love, Lollipop və Avatar da daxil olmaqla bir neçə yeni söhbət mövzusu əlavə edib. Meta bu xüsusiyyətləri hər bir platforma (Android və iOS) üçün tətbiqin ən son versiyaları ilə yaymağa başlayıb.
Əvəz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay