Avropa İttifaqı “Apple”ı iki milyard dollar cərimələyib
Avropa İttifaqı (Aİ) ABŞ-ın “Apple” şirkətini musiqi proqramlarının yayılmasında dominant mövqeyindən sui-istifadə etdiyinə görə 1,8 milyard avro cərimələyib.
Valyuta.az xarici mediaya istinadən xəbər verir ki, Aİ Komissiyası “Apple”-ın “AppStore” vasitəsilə “iPhone” və “iPad” istifadəçilərinə musiqi axını proqramlarının paylanması bazarındakı mövqeyindən sui-istifadə etdiyinə görə cərimələndiyini açıqlayıb. Açıqlamada, Apple-ın proqram tərtibatçılarının alternativ və daha ucuz musiqi abunə xidmətləri haqqında məlumat verməsini maneə törədən məhdudiyyətlər qoyduğu aşkar edilib və bunun Aİ qaydalarına zidd olduğu qeyd edilib.
Açıqlamada, “Apple”-ın davranışının ədalətsiz ticarət şərtlərinə səbəb olduğu və Aİ qaydalarını pozduğu bildirilib və 1,8 milyard avroluq cərimənin “Apple”-ın qlobal gəlirləri ilə mütənasib olduğu və çəkindirmə təmin etmək üçün lazımlı olduğu qənaətinə gəlinib.
Əvəz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay