Mask "OpenAİ"ni məhkəməyə verdi, bir milyard dollara görə...
Dünyanın ən varlı iş adamlarından olan, "SpaceX", "Tesla" və "X" şirkətlərinin sahibi İlon Mask "ChatGPT" süni intellekt botunun yaradıcısı "OpenAI"ni hədələyib.
Valyuta.az xəbər verir ki, keçən həftə şirkətə qarşı iddia qaldıran Mask bir şərtlə şikayətini geri götürəcəyini bildirib. Maskın şərti şirkətin adının "OpenAI"dən "ClosedAI"yə dəyişdirilməsidir. Milyarder iş adamı "X" platformasındakı paylaşımda, şirkətin adının "ClosedAI" olaraq dəyişdiriləcəyi təqdirdə şikayətini geri götürəcəyini nəzərə çatdırıb.
Bundan əlavə, Mask "OpenAI"nin baş direktoru Sem Altmanın "ClosedAI" yazılan şəxsiyyət nişanı ilə montaj edilmiş şəklini paylaşıb. Musk, süni intellekt şirkətini qurulandan bəri bəşəriyyətin xeyrinə olmadığını, əksinə ona xəyanət etdiyini və yalnız qazanc güddüyünü deyib. Mask şirkətin baş direktoru Sam Altmana qarşı iddia qaldıraraq, "O, bəşəriyyətin xeyrinə deyil, "Microsoft"un qazancını maksimuma çatdırmağa çalışır" deyərək məhkəməyə müraciət edib.
"OpenAI" rəhbərliyi isə Maskın cavabını gecikdirməyib.
Maskın "OpenAI"ni "Tesla"nın bir parçası edə bilmədiyi üçün qəzəblənərək bu iddianı qaldırdığı bildirilsə də, ittiham edilən şirkət tərəfindən verilən açıqlamada, iş adamının menecer olduğu müddətdə də mənfəətə yönəlmiş bir siyasət izlədiyi qeyd edilib. "OpenAI" həmçinin Elon Maskın şirkət rəhbərlərinə təcili olaraq bir milyard dollar sərmayəyə ehtiyac olduğunu yazdığı elektron poçt yazısı yayımlayıb.
t.coFixed it pic.twitter.com/KPtYLsJU3h
— Elon Musk (@elonmusk) March 6, 2024
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay