İKT
05.03.2024 / 21:41
"ChatGPT"yə yeni funksiya əlavə olundu
43700
"OpenAI", süni intellekt botu "ChatGPT"nin cavablarını səslə də verə biləcəyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, söhbət botu 37 dildə danışan beş fərqli səs seçimi təklif edir.
İstifadəçilər bu funksiyadan "OpenAI"in "Android" və "iOS" proqramlarında "ChatGPT"nin mətn cavabına toxunub saxlamaqla və sonra "Ucadan oxu" seçimini seçməklə yararlana biləcəklər.
Şirkətin açıqlamasında, bu funksiyanın internetdə də mövcud olduğu və mesajın altındakı “Ucadan oxu” düyməsi vasitəsilə istifadə edilə biləcyi vurğulanıb.
"Ucadan oxu" funksiyası "ChatGPT 3.5" və "ChatGPT 4" üçün əlçatan olacaq. Həmçinin beş fərqli səs seçiminə malikdir. Söhbət botu 37 dildə danışır və oxuduğu mətnin dilini avtomatik aşkarlayır.
Elmir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay