"Apple"dən idmansevərlər üçün yeni və pulsuz tətbiq
"Apple" bütün iPhone modelləri üçün pulsuz idman proqramı buraxıb.
Valyuta.az xəbər verir ki, “Apple Sports” adlı proqram istifadəçilərə real vaxt rejimində xallar və statistika təqdim edəcək. Şirkətdən verilən açıqlamaya görə, "iOS 17.2" və sonrakı versiyaları ilə işləyən "Apple Sports" istifadəçilərə real vaxt ərzində hesablar və statistika təqdim edəcək.
Praktikada İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası, Fransa Birinci Liqası, İtaliya A Seriyası, İspaniya La Liqası, və Meksika çempionatının, həmçinin Amerika Futbol Liqası (MLS), Amerika Basketbol Liqası ( NBA) və Amerika Buzüstü Hokkey Liqasının (NHL) oyunları da mövsüm ərzində izlənilə bilər.
"Apple"ın Xidmətlər üzrə baş vitse-prezidenti Eddi Kue, "Apple Sports"un xallara və statistikaya son dərəcə sürətli çıxış təmin etdiyini, həmçinin istifadəçilərin sevimli komandaları və liqaları haqqında ən son məlumatlara sahib olacağını qeyd edib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay