"Apple"dan "iPhone"ların batareya ömrü ilə bağlı şad xəbər
"Apple" "iPhone 15" seriyasının batareya ömrü ilə bağlı sevindirici açıqlama verib.
Valyuta.az xəbər verir ki, şirkət yeni "iPhone"ların 1000 dövrədən sonra (şirkətin əvvəlki təxminindən iki dəfə) orijinal doldurma qabiliyyətinin 80 faizini saxlaya bilər. Bu dəyişiklik telefonların batareyasının ömrünə "enerji reytinqi" təyin edəcək Avropa İttifaqı qaydalarına uyğundur.
"Apple"ınəvvəlki onlayn dəstək sənədlərində "iPhone" batareyalarının 500 dövrədən sonra orijinal tutumunun 80 faizini saxladığı bildirilirdi. Bununla belə, "iPhone 15" seriyasının uzunmüddətli batareya sağlamlığını yenidən sınaqdan keçirdikdən sonra şirkət ən azı 1000 dövrədən sonra tutumun 80 faizini saxlaya bildiyini aşkarlayıb.
"Apple" müəyyən şərtlər altında batareyaları 1000 dəfə doldurulub boşaldıldığını və ümumi istifadə şərtlərini əks etdirən bir sınaqdan keçirdiyini bildirib. Heç bir fiziki və ya proqram təminatı dəyişikliyi olmadan istifadə müddətinin ikiqat artırılmasına gəlincə, şirkət bu artımı batareya komponentlərində və iOS enerji idarəetməsində davamlı təkmilləşdirmələrlə əlaqələndirir.
Köhnə (2023-cü ildən əvvəlki) "iPhone"lar üçün 500 dəfə enerji doldurma dövrü təxmini hələ də qüvvədədir. Apple, köhnə modellər üçün proqnozların yenilənməsinə ehtiyac olub olmadığını araşdırdığını söyləyib.
2025-ci ilin iyun ayından etibarən Aİ-də fəaliyyət göstərən smartfon və planşet istehsalçılarına enerji səmərəliliyi, batareyanın ömrü, toz və sudan qorunma, təsadüfi düşmələrə qarşı müqavimət göstərən reytinq (A-dan G-ə qədər) veriləcək. Tələblərə görə 800 dəfə enrji dolumundan sonra orijinal tutumun ən azı 80 faizi saxlanılmalıdır.
Bu səbəbdən "Apple", cihazlarının batareya sağlamlığını yenidən ölçür.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay