Avropa İttifaqı "Apple"ı 500 milyon avro cərimələməyə hazırlaşır
Valyuta.az xəbər verir ki, buna səbəb şirkətin məhsulu olan musiqi proqramlarında rəqabətə zidd davranışdı. Qərarın rəsmi açıqlamasından sonra Aİ ilk dəfə olaraq "Apple"a qarşı rəqabət cəzası tətbiq edəcək. Bildirilib ki, Avropa Komissiyası bununla bağlı qərara apardığı antiinhisar araşdırmasından sonra gəlib. Bu "Spotify"ın şikayətindən sonra olub. "Apple"ın musiqi proqramlarına daha aşağı qiymətlərlə abunə seçimləri haqqında məlumat və bunun qarşısını alan müqavilə məhdudiyyətləri qoyduğu iddia olunub. Aİ "Apple"ı 2021-ci ildə musiqi axını tətbiqlərində dominant mövqeyindən sui-istifadə etməkdə günahlandıraraq keçən il araşdırmanın əhatə dairəsini daraldıb. "Spotify" ilk rəsmi şikayətini 2019-cu ildə etdi.
"Financial Times"ın məlumatına görə, Brüssel texnologiya nəhəngi "Apple"ı musiqi axını xidmətlərinə girişlə bağlı Aİ qanunlarını pozduğuna görə ilk dəfə cərimələyəcək. İttifaqın gələn ayın əvvəlində təxminən 500 milyon avro cərimələyəcəyi gözlənilir. Aİ Komissiyası ittifaqa daxil olan ölkələrdə fəaliyyət göstərən şirkətlərin sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmamasını yoxlamaq səlahiyyətinə malikdir.
"Apple" əvvəllər heç vaxt antiinhisar pozuntularına görə Aİ tərəfindən cərimələnməyib. 2020-ci ildə Fransada rəqabət mübahisəsi çərçivəsində şirkət 1,1 milyard avro cərimələnib, lakin etirazdan sonra bu rəqəm 372 milyon avroya endirilib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay