“YouTube”da nə çox qazanan onlardır
19 il əvvəl qurulan video paylaşma platforması “YouTube” 2 milyard 7 milyon istifadəçiyə çatıb. 2005-ci ilin fevralında ABŞ-da 3 sahibkar tərəfindən qurulan platforma qurulduqdan sonra bir il ərzində texnologiya nəhəngi “Google” tərəfindən 1 milyard 650 milyon dollara alınıb. 2006-cı ildən “Google” ekosisteminin bir hissəsi kimi xidmət göstərən platformanın 2024-cü ildən etibarən 2,7 milyard aktiv istifadəçisi var. Gələn il platformanın istifadəçilərinin sayının 2 milyard 850 milyona çatacağı gözlənilir.
İnternet istifadəçilərinin 52 faizinin ayda ən az bir dəfə istifadə etdiyi “YouTube” ayda 113 milyard dəfə ziyarət edilir. Platformanın müxtəlif funksiyalar, xüsusən də məzmuna reklamsız giriş imkanı təqdim edən ödənişli xidmətləri olan “YouTube Premium” və “YouTube Music” dünya üzrə 100 milyon istifadəçi tərəfindən aktiv şəkildə istifadə olunur. “YouTube”un əsas gəlir mənbəyini təşkil edən reklam gəlirlərinin hər il 30 milyard dolları ötdüyü bildirilir.
“YouTube”un ən çox istifadə edildiyi ölkələr arasında Hindistan 467 milyon istifadəçi ilə birinci yerdədir. İkinci yerdə 247 milyon istifadəçi ilə ABŞ dayanır. Platforma istifadəçilərinin 53,9 faizi kişi, 46,1 faizi isə qadınlardır. İstifadəçilərinin əksəriyyətinin 25-34 yaşlı olduğu platformaya hər gün ümumilikdə 720 min saatlıq video yüklənir. “YouTube”da bütün istifadəçilər tərəfindən baxılan videoların ümumi miqdarı gündə 1 milyard saatdan artıqdır.
“YouTube” həm də məzmun yaradıcıları üçün mühüm gəlir mənbəyi kimi görünür. 2024-cü ilə qədər platformada 110 milyondan çox kanal var. Videoları ilə ən çox gəlir əldə edənlər siyahısında birinci yeri 239 milyon izləyicisi ilə amerikalı bloger MrBeast tutur. 2022-ci ilin məlumatlarına görə, MrBeast platforma vasitəsilə 50 milyon dollardan çox gəlir əldə edib.
MrBeast-ı 45 milyon dollarla Jake Paul, 38 milyon dollarla Markiplier, 30 milyon dollarla Rhett and Link və 28,6 milyon dollarla Unspeakable izləyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay