“iPhone 16 Pro Max” batareya ömrü ilə rekord qıracaq
“iPhone 16 Pro Max” ən uzun batareya ömrü təqdim edən iPhone modeli olacaq.
Valyuta.az xarici mətbuata istinadən xəbər verir ki, “iPhone 15” modellərinin təqdim edilməsindən çox keçməsə də, sentyabr ayında satışa çıxarılacaq “iPhone 16” seriyası ilə bağlı yeni məlumatlar gəlməyə davam edir. İndi isə 2024-cü ilin sonuna doğru təqdim olunacaq “iPhone 16” modellərinin batareyaları ilə bağlı sızmalar ortaya çıxıb. “iPhone 16 Pro Max” batareya ömrü rekordunu qıra bilər.
Təchizat zənciri mənbələrinə əsaslanan məlumata görə, yeni “iPhone” modellərində bir qədər yüksək tutumlu batareyalar istifadə ediləcək. Sızdırılan məlumatda “iPhone 16 Pro” modellərinin enerji istehlakında əhəmiyyətli irəliləyişlərin olacağı deyilir. “iPhone 16 Pro Max” ən uzun batareya ömrünə malik “iPhone” modeli ola bilər. Təxminən 29 saat olan iPhone 15 Pro Max batareyasının ömrü yeni modeldə 30 saatı keçə bilər.
Sızdırılan məlumata görə, “iPhone 16” modeli 3561 mAh, “iPhone 16 Plus” modeli 4006 mAh, “iPhone 16 Pro Max” modeli isə 4676 mAh batareyaya sahib olacaq.
“iPhone 15” seriyasının batareya tutumları aşağıdakı kimi idi:
“iPhone 15” - 3,349 mAh
“iPhone 15 Plus” - 4,383 mAh
“iPhone 15 Pro Max” - 4,422 mAh
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay