İKT
18.02.2024 / 20:10
“Microsoft” Almaniyaya 3,5 milyard dollar sərmayə qoyacaq
42378
ABŞ-nin İT nəhəngi “Microsoft Corp.” növbəti iki ildə Almaniyada infrastrukturun inkişafına 3,2 milyard avro sərmayə qoymaq niyyətindədir.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin prezidenti Bred Smit bildirib.
Qeyd olunur ki, bu, “Microsoft”un Almaniyada 40 illik fəaliyyəti tarixində ən böyük birdəfəlik sərmayədir. Buraya 1,2 milyon insana çatmağı hədəfləyən süni intellekt təlim proqramı daxildir.
Öz növbəsində Almaniya kansleri Olaf Şolts “Microsoft”un açıqlamasını alqışlayıb. O xəbəri şərh edərkən belə deyib: “Bu, tərəqqi, inkişaf, müasirlik və qlobal açıqlığa həqiqətən yaxşı öhdəlikdir”.
©Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay