Bu istifadəçilər “Apple”ın 3500 dollarlıq məhsuluna etiraz etdi
Son zamanlar bütün dünyada haqqında danışılan “Apple”in yeni məhsulu “Vision Pro” pornoqrafik film izləyənlərin diqqətini çəkib.
Valyuta.az xəbər verir ki, bəzi istifadəçilər belə məzmunlu filmləri 3500 dollarlıq virtual reallıq eynəkləri vasitəsilə izlənilə bilməyəcəyinə etiraz ediblər. Eynəyi alan bəzi “Reddit” istifadəçiləri “Vision Pro”da pornoqrafik proqramların quraşdırıla bilməyəcəyini və internetdə bu cür filmlərə baxa bilməyəcəklərini deyiblər. Bəzi istifadəçilər vəziyyətdən şok olduqlarını desə də, bəziləri “Vision Pro”nu “3500 dollarlıq iffət kəməri” adlandırıb.
Digər tərəfdən , “Lovense” adlı Sinqapur mərkəzli seks oyuncaqları markası, “Vision Pro” üçün yeni bir tətbiq çıxardıqlarını açıqlayıb. “Venture Beat”dəki xəbərdə, bu proqram vasitəsilə uzaq məsafədən bir-biri ilə münasibətdə olan insanların partnyorlarının seks oyuncaqlarını uzaqdan idarə edə bildikləri açıqlanıb.
“Apple”in yeni VR eynəklərini ilə bağlı narahatlıqlarını çatdıran tərəflərdən biri də ABŞ administrasiyası olub. ABŞ nəqliyyat naziri Pit Buttigieg sosial mediada “Vision Pro” eynəkləri ilə “Tesla” markalı avtomobillərin sükanı arxasına keçən insanların görüntülərinin yayılmasından sonra məsələ ilə bağlı açıqlama verib. Sürücülərin avtomobilə hər zaman diqqət yetirmələri lazım olduğunu bildirən nazir "Bu gün istifadə edilən bütün sürücülük dəstək sistemləri sükanda bir insan tələb edir və o, hər zaman sürücülüklə maraqlanmalıdır" - sözlərini söyləyib.
Bir insanın “Tesla” avtomobilinin avtopilot xüsusiyyətindən yararlandığı və avtomobil sürərkən Vision Pro eynəklərindən istifadə etdiyi anlar sosial mediada 25 milyon dəfədən çox izlənilib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay