"Huawei" bu səbəbdən smartfon istehsalını azaltdı
Çinin “Huawei” korporasiyası süni intellekt (AI) üçün çiplərə görə smartfonların istehsalını ləngidib.
Valyuta.az xəbər verir ki, bu barədə Financial Times (FT) yazır.
Qeyd olunur ki, şirkət süni intellekt üçün çiplərə artan tələbat səbəbindən Mate 60 smartfonlarının istehsal sürətini azaldıb.
Huawei həm öz Ascend AI çiplərini, həm də iPhone ilə rəqabət aparan smartfonlarına Kirin istehsal etmək üçün eyni qurğudan istifadə edir.
2023-cü ilin sonunda GizmoChina Counterpoint Research analitik şirkətinin hesabatına istinadən xəbər verirb ki, Çin texnologiya nəhəngi Huawei ABŞ sanksiyalarına uyğunlaşaraq, ilk 5 qlobal mobil çipset tərtibatçısı cərgəsinə qayıdıb.
Counterpoint Research-in 2023-cü ilin 3-cü rübünə dair hesabatına görə, Hisilicon (bütünlüklə Huawei-yə məxsusdur) indi çipset bazarında 3% payla 5-ci yerdədir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay