Kyodo: Toyota altı istehsal xəttinin bağlanmasını uzatdı
Yaponiyanın aparıcı avtomobil konserni Toyota Motor podratçısı Toyota Industries Corporation tərəfindən dizel mühərrikinin gücü ilə bağlı məlumatların saxtalaşdırılması səbəbindən Yaponiyada yerləşən dörd fabrikdə altı istehsal xəttinin dayandırılmasını fevralın 5-dək uzatmaq qərarına gəlib.
Valyuta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi mənbələrə istinadən məlumat yayıb.
Daha əvvəl NHK telekanalı istehsalın dayandırılmasının fevralın 1-dək davam edəcəyini bildirmişdi.
Yanvarın 29-da Toyota Motor sertifikatlaşdırmasında pozuntu aşkar edən mühərrikləri olan 10 modelin tədarükünü dayandıracağını bildirib. Onların arasında Land Cruiser 300 SUV və Hilux pikap kimi məşhur avtomobillər var.
2023-cü ildə Toyota-nın törəmə şirkəti olan Daihatsu qəza testi məlumatlarının saxtalaşdırılması və avtomobilin təhlükəsizliyinə təsir edən digər pozuntularla bağlı qalmaqalın mərkəzində olub. Şirkət onlarla modeli, o cümlədən Toyota brendi altında satılanları əhatə edən 170-dən çox pozuntu aşkar edib. Nəticədə Toyota brendi altında satılan Probox, Town Ace, Roomy və Pixis modelləri də daxil olmaqla, bütün Daihatsu avtomobillərinin Yaponiyada və xaricə çatdırılmasının dayandırılması qərara alınıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay