10 paylaşım - 2 azn, 20 paylaşım - 3 azn, 40 paylaşım - 5 azn – SMM şirkətini necə seçək?
Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova yazır.
Yerli bazarda əksəriyyət SMM xidmətlərini paylaşım sayına bağlayır. Yəni tariflər şərti olaraq belədir: 10 paylaşım - 2 azn, 20 paylaşım - 3 azn, 40 paylaşım - 5 azn.
Ən maraqlısı bundan sonra başlayır. Müştəri SMM agentliyinin seçimini paylaşım sayının qiymətinə bağlayır. Kimdə daha ucuzdur? O da müqaviləni götürür.
Amma əsas problem odur ki, effektivlik, nəticə vermək faktorları kənarda qalır. SMM yalnız paylaşım sayı deyil axı. Paylaşım sayı SMM işinin heç 25%-ideyil.
Əslində necə olmalıdır?
1. Şirkətin SMM agentliyinin qabağında KPİ var? (satış, əhatə, postlara reaksiya, müraciət, qeydiyyat)
2. SMM şirkətinin bu sahədə təcrübəsi var?
3. SMM agentlik KPİ çatmaq üçün yanaşması necədir?
Yəni SMM dizayn edib, şirkətin səhifəsində foto yerləşdirməklə bitmir. Yox əgər şirkətin SMM gözləntisi yoxdursa, o zaman agentliyə də, aylıq dəstəyə də ehtiyac yoxdur.
Bir dəfə 15-20 paylaşım dizayn edib, səhifənizdə yerləşdirin, ildə 3 dəfə də ( Yeni il, Novruz bayramı, Ramazan bayramı) “Bayramınız mübarək” yazın, bitsin getsin.
Yox əgər şirkətin SMM gözləntisi varsa, KPİ varsa o zaman post sayı ikinci dərəcəli məsələdir.
Əsas effektivlikdir, yəni keyfiyyətdir, paylaşım sayı yəni kəmiyyət deyil.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay