Aya enən yapon zondunun batareyası tükəndi
Aya uğurla eniş edən Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə (JAXA) məxsus “SLIM” adlı aparatın akkumulyatorunun bir neçə saat ərzində tükəndiyi bildirilib.
Valyuta.az xəbər verir ki, JAXA, “Ay Snayperi” ləqəbli, tədqiq etmək üçün sözügedən peykə göndərilmiş ağıllı eniş vasitəsinin kosmik səyahət məlumatlarını yenilədiyini açıqlayıb. SLIM-in yanvarın 20-də yerli vaxtla saat 00.20-də Aya uğurla endiyi, lakin onun batareyasının iki saat 40 dəqiqədən sonra tükəndiyi bildirilib.
Nəqliyyat vasitəsinə quraşdırılmış günəş panellərinin üzü günəşə baxmadığı üçün enerji istehsal edə və beləliklə də akkumulyatorun doldurula bilmədiyi vurğulanıb. Digər funksiyaları işləyən nəqliyyat vasitəsi Günəş şüalarının Ayın qərbinə əks olunması ilə şarj edilərək yenidən işə düşə biləcəyi açıqlanıb.
Yerli mətbuat həftəsonu Yaponiyanın Sovet İttifaqı, ABŞ, Çin və Hindistandan sonra Aya enən beşinci ölkəsi olduğunu yazıb. SLIM-i daşıyan H2A raketi sentyabrın sonunda cənub-qərbdəki Kaqoşimadakı Taneqaşima Kosmik Mərkəzindən kosmosa göndərilib. JAXA SLIM-in Aya görünməmiş dərəcədə yüksək dəqiqliklə enişini təmin edəcəklərini açıqlamışdı. "Mitsubishi Electric" şirkətinin istehsalı olan eniş aparatının çəkisi 700 kiloqram, hündürlüyü 2,4, eni isə 2,7 metrdir.
Məqsəd, nəqliyyat vasitəsinin tennis topundan bir qədər böyük olan kürəşəkilli zond vasitəsilə Ayın səthində hərəkət edə bilməsidir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay