İKT
20.01.2024 / 19:38
Bu ölkə süni intellektdən istifadə etməklə korrupsiyaya qarşı mübarizə aparacaq
40793
Ekvador hakimiyyəti korrupsiya ilə mübarizə üçün süni intellektdən istifadə etməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə respublikanın Baş Nəzarət İdarəsinin rəhbəri Maurisio Torres bildirib.
“Dövlət qulluqçularının bəyannamələrinin təhlili zamanı resursların optimallaşdırılması üçün süni intellektdən istifadə edilməsi planlaşdırılır”, - idarənin “X” hesabında Torresə istinadən məlumat verilib.
Nəzarət idarəsinin rəhbərinin sözlərinə görə, süni intellekt məmurların bəyannamələrində aktivlərin qeyri-adi artımını müəyyən etmək üçün istifadə olunacaq.
Qeyd edək ki, hazırda Ekvadorda dövlət qurumlarında korrupsiya ilə mübarizəyə yönəlmiş genişmiqyaslı “Metastazlar” əməliyyatı aparılır.
©Oxu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay