17.01.2024 / 13:37
“Apple” 2023-cü ildə smartfon istehsalında “Samsung”u geridə qoyub
40588
Amerikanın “Apple” şirkəti 2023-cü ildə smartfon istehsalında Cənubi Koreyanın “Samsung” korporasiyasını keçərək dünya lideri olub.
Valyuta.az xəbər verir ki, Bloomberg bu barədə International Data Corporation (IDC) tədqiqat şirkətinin hesablamalarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, 2023-cü ildə Apple-ın iPhone smartfonları təxminən 235 milyon tədarüklə qlobal bazarın beşdə birini təşkil edib. Tədarük həcmi 226,6 milyona düşmüş Samsung şirkəti Xiaomi Corp, Transsion, Vivo və digərləri kimi Çin istehsalçılarını qabaqlayaraq ikinci yeri tutub.
IDC hesablamalarına görə, Apple premium cihazların "aqressiv" satışları, eləcə də cəlbedici ticarət təklifləri sayəsində lider mövqe tuta bilib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay