Güzgü, güzgü, məndən daha sağlamı varmı? - Bu icad səhhətinizi analiz edir
Bəzən səhərlər güzgüyə baxanda özünü yaxşı hiss etmirsən.
Valyuta.az xəbər verir ki, "Consumer Electronics Show" (CES) sərgisində nümayiş etdirilən yeni süni intellekt dəstəkli “güzgü”yə baxanda isə sağlamlığınızla bağlı daha çox şey öyrənə bilərsiniz.
Hazırlanan yeni texnologiya kameralı, şaquli planşetdir və üzünüzdə qan axınını skan edərək 100-dən çox sağlamlıq parametrlərini izləyə bilir. Cihaz yüksək təzyiqdən tutmuş qızdırma simptomlarına, depressiyaya, psixi sağlamlığa, insult riskinə, üz dərisinin qocalmasına qədər hər şeyin əlamətlərini aşkar edə bilir. "Güzgü" həmçinin ölmək üzrə olduğunuzla bağlı da sizi xəbərdar edə bilər. Mütəxəssislər bu texnologiyanın klinikalar və qocalar evləri üçün daha ideal olduğunu deyirlər. Planşetdəki sensor, üz toxumasının kiçik "mikrodamar" kapilyarlarında qan həcmindəki dəyişiklikləri qeyd etmək üçün texniki olaraq "Fotopletismoqrafiya" kimi tanınan üsuldan yararlanır və artıq bir sıra xəstəxanalarda istifadə olunur.
Ancaq sağlamlığınız üçün edə biləcəyi bütün yaxşılıqlara baxmayaraq, "MagicMirror" heç də həmişə nəzakətli deyil və sosial qaydalara əməl etmir.
Məsələn CES-də məhsulu nəzərdən keçirən bir müxbir "güzgü" haqqında fikirlərini söyləyərkən, "Diqqət çəkən cihazlar arasında üzümdəki dərinin məndən "yeddi yaş böyük" olduğunu bildirən güzgü idi" - bildirib. Şirkətin reklam komandası "güzgü"nün qəddar təfsirini cihazın uzunmüddətli kommersiya cəlbediciliyinin bir hissəsi olduğunu etiraf edib.
Sözügedən cihaz "MagicMirror" adı ilə satılır.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay