25.12.2023 / 12:52
Həmyerlimiz “YouTube”un rəsmi partnyor holdinqinin idarə heyətinə üzv təyin olundu - FOTO
39307
“YouTube” və “Google”un rəsmi partnyoru olan Türkiyənin dünyaca məşhur “Wediacorp Holdinq” Şirkətlər Qrupunun İdarə Heyətinə həmyerlimiz Elnur Kələntərov üzv təyin olunub. O, bu günədək “For Azerbaijan” Beynəlxalq Xeyriyyə təşkilatının Proqramlar üzrə direktoru olmaqla bərabər həm də, “Wediacorp”un Azərbaycanda tamhüquqlu partnyoru və təmsilçisi sayılan “WediaAZE” şirkətinə rəhbərlik edib.
Təsisçisi və baş direktoru Funda Demir Şən olan “Wediacorp Holdinq” Türkiyənin Müdafiə Nazirliyi, Türkiyə Silahlı Qüvvələri, TRT, “Trendyol” və digər dövlət qurumları, dünya markalarının bütün sosial şəbəkə hesablarında rəqəmsal hüquqlarının sahibidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay