ABŞ bu şirkətə qadağa qoydu - üz tanıma texnologiyasına görə
ABŞ Federal Ticarət Komissiyası (FTC) əczaçılıq şirkəti "Rite Aid"ə üz tanıma texnologiyasından sui-istifadə edərək mağaza işçilərini oğurluqda "yalandan" ittiham etməyə sövq etdiyinə görə ona 5 il müddətinə qadağa qoyub.
Valyuta.az xəbər verir ki, FTC, oğurluğun qarşısını almaq üçün "Rite Aid"in 2012-2020-ci illər arasında yüzlərlə mağazasında istifadə etdiyi texnologiya ilə bağlı açıqlama verib. Açıqlamada şirkətin üz tanıma texnologiyasından sui-istifadə edərək, mağaza işçilərinin müştəriləri ədalətsiz şəkildə oğurluqda günahlandırmasına səbəb olduğu bildirilib.
Açıqlamada lazımi təhlükəsizlik tədbirləri görmədiyi və istehlakçılara verilən zərəri qarşılamadığı üçün "Rite Aid"in beş il müddətinə bu texnologiyadan istifadəsinə qadağa qoyulduğu bildirilib.
Digər tərəfdən, günahlandırılan şirkət internet saytı vasitəsilə verdiyi açıqlamada yalnız məhdud sayda mağazada üz tanıma texnologiyasından yararlandığını və təxminən 3 il əvvəl ondan istifadəni dayandırdığını bildirib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay