İKT
12.12.2023 / 09:05
BVF Ukraynaya 900 milyon dollar həcmində daha bir tranş ayıracaq
38448
TikTok Cənub-Şərqi Asiyanın ən böyük e-ticarət bazarı olan İndoneziyada daha çox iş görməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, TikTok İndoneziyanın texnologiya nəhəngi GoTo-nun elektron ticarət şirkəti Tokopedia-ya 1,5 milyard dollar sərmayə qoymağa qərar verib.
Plana görə, Tokopedia və TikTok-un e-ticarət biznesinin yerli bölməsi olan "TikTok Shop Indonesia"nı bir araya gətirəcək yeni birgə müəssisəyə 1,5 milyard dollar yatırılacaq.
TikTok yeni birgə müəssisədə 75,01 faizlə nəzarət paketinə sahib olacaq. Satınalma ilə bağlı əməliyyat prosesinin 2024-cü ilin birinci rübündə başa çatdırılması gözlənilir.
Keçən il İndoneziyada e-ticarət həcminin 50-60 milyard dollar arasında olduğu təxmin edilir.
©Marja
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay