BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
38214

“OpenAI” ictimaiyyətə açıqlamasında, 13 yaşdan böyük şəxslərin istifadəsi üçün nəzərdə tutulmuş “ChatGpt”nin şəxsi və məxfi məlumatları saxlamadığını bildirib. Ölkənin kibertəhlükəsizliyi ilə məşğul olan qurumlar tərəfindən hər hansı bir risklər aşkarlanarsa, “ChatGPT”nin Azərbaycanda fəaliyyətinə məhdudiyyət qoyula bilər.

Bu barədə “ChatGpt”nin ölkədə azyaşlıların məlumatlarına çıxışının olub-olmaması ilə bağlı  Azərbaycan Süni İntellekt Laboratoriyasından deyilib.

Laboratoriyadan bildirilib ki, “ChatGPT” əldə etdiyi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən normalara riayət edir: “Süni intellekt botunun yaradıcıcısı olan “OpenAI” ictimaiyyətə açıqlamasında bildirib ki, “ChatGpt”nin məqsədi ümumi məlumatlar əsasında istifadəçilərin suallarına cavab vermək, prosesləri sürətləndirməkdir”.

Yeniyetmələr də daxil olmaqla bütün yaş təbəqələrində olan istifadəçi məlumatlarını topladığı üçün İtaliyada “ChatGpt”nin fəaliyyəti qadağan olunub. Laboratoriyadan bildirilib ki, artıq Azərbaycanda da bu sahədə risklərin qarşısının alınması istiqamətində müvafiq monitorinqlər aparılır: “ChatGpt”də məxfliyin və yaxud kibertəhlükəsizlik qaydalarının pozulması halları aşkar olunarsa, müvafiq tədbirlər mütləq görüləcək”.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosasiyasının idarə heyətinin sədri Elvin Abbasov  bildirib ki, “OpenAI”nin yaratmış olduğu "ChatGpt" və ya digər süni intellekt tətbiqləri ölkələrə görə xüsusi yanaşma sərgiləmirlər: “Bəli, etiraf etməliyik ki, "ChatGpt" ilə bağlı müəyyən təhlükələr var. “ChatGpt”dən məlumat almaq üçün təbii ki, ona müəyyən məlumatlar da verməlisən. Yəni bizim ona verdiyimiz suallar əsasında “ChatGpt” haqqımızda müəyyən məlumatlar toplayır”.

“Azərbaycanda hər hansı resursa çıxışda məhdudiyyət yoxdur. Yəni bizdə “ChatGpt”yə giriş əlçatan olacaq. Bundan başqa, internet resursları ilə bağlı qanunvericilik də tam təkmilləşdirilməyib. Düşünürəm ki, Azərbaycanda “ChatGpt”yə qadağa qoyulacağı ilə bağlı heç bir təəssürat yoxdur. Bunun yaxın gələcəkdə baş verəcəyini də proqnozlaşdıra bilmərəm. Çünki bunadək qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün bir sıra ölkələr “ChatGpt”nin fəaliyyətini məhdudlaşdırır. Bir müddət öncə İtaliyada “ChatGpt”yə qadağa tətbiq olundu. Buna səbəb "ChatGpt"nin yeniyetmələr də daxil olmaqla, hər kəsin məlumatlarını ələ keçirməsi olub.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin