2023-cü ildə ən çox satılan smartfonlar açıqlandı
2023-cü ilin üçüncü rübündə qlobal bazarda ən çox satılan smartfonların siyahısı açıqlanıb.
Valyuta.az xəbər verir ki, “iPhone”ların birinci yeri tutduğu siyahıya “Samsung” və “Xiaomi” şirkətlərinin cihazları da daxil edilib. Siyahıdakı ilk 10 model ümumi smartfon satışlarının 19 faizini təşkil edir . Əvvəlki ilin eyni dövründə bu nisbət 20 faizə bərabər idi. Bu da o anlama gəlir ki, smartfon satışlarında cüzi azalma var.
Ən çox satılan smartfonlar arasında ilk yeri "iPhone 14" modeli tutur. İkinci yerdə "iPhone 14 Pro Max", daha sonra isə "iPhone 14 Pro" gəlir . Siyahıdakı nisbətən köhnə model olan "iPhone 13" inkişaf etməkdə olan ölkələrdə yüksək tələbat sayəsində dördüncü yeri tutub.
"Counterpoint Research" tərəfindən dərc edilən reytinqdə "Apple"dən başqa "Samsung"un bir neçə smartfonu yer alıb. Siyahıda ötən rüblə müqayisədə iki pillə yüksələn "Redmi 12C" də var.
İstehlakçıların ən çox üstünlük verdiyi smartfonların tam siyahısı aşağıdakı kimidir:
iPhone 14
iPhone 14 Pro Max
iPhone 14 Pro
iPhone 13
Samsung Galaxy A14
Samsung Galaxy A14 5G
Samsung Galaxy A54
Samsung Galaxy A04e
Redmi 12C
Samsung Galaxy A34
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay