“GoldenPay”in İdarə Heyətinə sədr təyin edildi
“QoldenPey” ASC-nin (GoldenPay, Hesab.az) səhmdarlarının qərarı ilə İdarə Heyətinə yeni sədr təyin edilib.
Valyuta.az xəbər verir ki, bundan sonra sədr kimi Eynar Abdullayev Rəfail oğlu olacaq.
O, bu vəzifədə 5 ildən çoxdur şirkətə sədrlik edən Naina Şükürovanı əvəz edib.
Eynar Abdullayev 2023-cü ilin dekabrından etibarən şirkətə rəhbərlik edəcək. E.Abdullayev 2020-ci ildən “QoldenPey”in heyətinə qoşulub. 2020-ci ilin oktyabrından 2021-ci ilin avqustuna qədər marketinq üzrə menecer, 2021-ci ilin sentyabrından 2022-ci ilin dekabrına qədər Marketinq və məhsul departamentinin direktoru, 2023-cü ilin yanvarından isə səhmdarların qərarı ilə İdarə Heyətinin üzvü və eləcə də, baş kommersiya inzibatçısı idi.
Buna qədər “Azercell Telekom” MMC və “Azerfon” MMC (Nar) kimi iri telekommunikasiya şirkətlərində çalışıb.
© Banker
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay