Stiv Voznyak: Mənim kompüterim olmasaydı, Stiv Cobs “Apple”ni yarada bilməzdi
Stiv Cobsdan hələ xəbər olmayan dövrdə öz kompüterimi yaratmağa başladım.
Valyuta.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “InMerge Innovation Summit”ində çıxışı zamanı “Apple” şirkətinin qurucularından biri Stiv Voznyak deyib.
O bildirib ki, mühəndis ailəsində böyüməsi onun elektron cihazlara marağını artırıb. “Karyera yüksəlişi düşünmürdüm. Ömrümün axırına kimi mühəndis olacağımı düşünürdüm. Əvvəlcə “Apple 1” kompüterini yaratdım.
Stiv Cobsu “Apple”nin yaradılmasından 5 il əvvəl tanıdım. Gənc, əyləncə sevən yeniyetmə idi. O, həyatı dəyişdirən insanlara pərəstiş edirdi. Mənim icad etdiyim kompüteri görəndə, bunun yeni biznes imkanı olduğunu dedi və yeni şirkəti yaratmaq ideyasını təklif etdi. "Apple" şirkəti beləcə yarandı. Əsas gəlirlər" Apple 2" kompüteri buraxılandan sonra formalaşmağa başladı”- Stiv Voznyak əlavə edib.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay