150 provayderi əhatə edən sistem yaradıldı - Problemlər həll olunacaqmı?
İnternetdə problem yarandıqda adətən istifadəçilər provayderi tapa bilmir, buna görə də digər aidiyyatı qurumlara müraciət edir, sosial mediada paylaşımlar edirlər.
Valyuta.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, əslində provayderin adı, ünvanı, məsul şəxsi ilə bağlı məlumatsızlıq bu sahədə problemlər yaradır:
“Bu hallara son qoymaq üçün sektorun tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi 150 provayderi əhatə edən bir "E-şikayət" - e-complaint.icta.az sistemi hazırlayıb.
Bütün provayderlərə şikayət və müraciətlər mərkəzləşdirilib. İstifadəçi dərhal, real vaxtda müştərisi olduğu provayderi sistemdən tapa və şikayətini ünvanlaya biləcək. Agentliyin də bu sistem vasitəsilə şikayətləri və ona reaksiyaları, xidmətlərin keyfiyyətini, müştəri məmnuniyyətini izləmə imkanı olacaq”.
Ekspert bildirib ki, bu, provayderlərdə məsuliyyət formalaşdıracaq:
“Tənzimləyici qurum provayderə olan şikayətləri monitorinq edə biləcək. Eyni zamanda, İKTA-nın əlində provayderlərdəki vəziyyət və keyfiyyətlə bağlı data formalaşacaq. Bu data əsasında isə qurum daha effektiv qərarlar verə biləcək.
Bu sistem internetin keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq”.
© Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay