Bloomberg OpenAI-nin yeni baş direktorunun kim olacağını yazdı
ChatGPT neyron şəbəkəsinin yaradıcısı olan OpenAI-nin yeni rəhbəri Twitch axın xidmətinin keçmiş baş direktoru Emmett Şir olacaq.
Valyuta.az xəbər verir ki, Bloomberg-in mənbələrə istinadən yazdığına görə, Sam Altman bu vəzifəyə qayıtmayacaq.
Onun sözlərinə görə, şirkətin direktorlar şurası Altmanın işə bərpa olunmasını istəyən investorların çağırışlarına məhəl qoymayıb və Emmet Şirə OpenAI rəhbəri vəzifəsini təklif edib. Daha əvvəl “The Information” portalı OpenAI idarə heyətinin üzvü İlya Sutskeverə istinadən məlumat vermişdi ki, şirkətin təsisçisi Altman həftəsonu şirkətin rəhbər orqanı ilə apardığı danışıqların nəticələrinə əsasən, baş direktor vəzifəsinə qayıtmamaq qərarına gəlib.
Keçən həftə OpenAI bir bloq yazısında Altmanın tutduğu vəzifədən qovulduğunu bildirib.
2022-ci ildə şirkət istifadəçilərlə interaktiv əlaqədə olan ChatGPT xidmətini təqdim edib. Çatbot aydınlaşdırıcı suallara cavab verə, səhvləri etiraf edə, yanlış fərziyyələrə etiraz edə və uyğun olmayan sorğuları rədd edə bilər. Xidmətin imkanları, geniş ictimaiyyətin diqqətini cəlb edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay