Azərbaycanda internetin sürətinin digər ölkələrdən geri qalmasının səbəbi – Ekspert açıqladı
Speedtest Global Index-in məlumatına görə, bu ilin oktyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 182 ölkə arasında 30,48 MB/S sürətlə 121-ci yerdə qərarlaşıb.
Bu göstərici üzrə Azərbaycan sentyabr ayı ilə müqayisədə iki pillə geriləyib.
Eləcə də bax: Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 2 pillə geriləyib
Valyuta.az-a açıqlamasında internet üzrə ekspert Elvin Abbasov bildirir ki, keçən illə müqayisədə sabit genişzolaqlı internetin orta sürətinə görə, Azərbaycanda bu il 16 faiz irəliləmə əldə edilib:
“Onun nəticəsində keçən ilə nisbətən bu il orta sürətə görə, 30 mb/s sürətə çatmışıq. Sadəcə məsələ ondadır ki, digər ölkələr internet infrastrukturuna daha çox pul yatırdığı üçün daha irəli gediblər. Yəni bu müddətdə internetin orta sürəti ölkəmizdə artıb, amma bu məsələdə iki pillə aşağı düşməyimiz isə digər ölkələrin Azərbaycandan daha çox irəliləməsilə bağlıdır. Amma meqabit olaraq 16 faiz irəliləmə var. 2023-cü ilin 10 ayı ərzində Azərbaycanda 700 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,5 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu da ölkədəki ev təsərrüfatlarının 52 faizi deməkdir”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay