İKT
14.11.2023 / 12:38
Bu ölkə “TikTok”u qadağan edəcək
36415
Cənubi Asiya ölkələrindən biri olan Nepal Çin mərkəzli sosial media tətbiqi “TikTok”u mənfi təsirləri səbəbindən qadağan etmək qərarına gəlib.
Valyuta.az xəbər verir ki, son dörd ildə Nepalda “TikTok” ilə bağlı 1600-dən çox kibercinayət hadisəsi qeydə alınıb.
Nepalın rabitə və informasiya texnologiyaları naziri Rexa Şarma “TikTok”un qadağan edilməsi qərarının bazar ertəsi səhər saatlarında keçirilən kabinet iclasında qəbul edildiyini söyləyib.
"Texniki olaraq onu bağlamaq üçün səylər göstərilir", o deyib.
Qeyd edək ki, Nepal Telekommunikasiya Təşkilatının prezidenti Puruşottam Xanal internet provayderlərindən “TikTok” tətbiqini bloklamağı istədiyini açıqlayıb.
© Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay