İKT
04.11.2023 / 11:23
6 manat qazanırsan, sonra bütün pulunu oğurlayırlar - Yeni fırıldaq növü
35937
“Azərbaycanda fəaliyyət göstərən internet dələduzları marketinq büdcəsi ayırmağa başlayıblar. Bu dələduzlar vətəndaşlarda inam yaratmaq üçün ilkin olaraq onlara vəd etdikləri qazancları verirlər. Məsələn, bu linkə klik et və ya hesabını yaz 6 manat balans gələcək. Yazırsan və gəlir”.
Valyuta.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas sosial şəbəkədə paylaşıb edib. O, qeyd edir: “Bu yolla onlar qurbanlarda saxta inam hissi yaradaraq növbəti məqamda bütün hesabda olan pulları mənimsəyirlər. Bu səbəbdən ayıq-sayıq olan vətəndaşlar dələduzların verdikləri pulu alıb, rahat aradan çıxa bilirlər lakin minlərlə insan da dələduzun səmimiyyətinə inanıb, növbəti mərhələdə ağır maliyyə itkiləri ilə üzləşirlər”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay